Qalmaqallı prodüser Tolik (Tarix Əliyev) də Xoşqədəm Baxşəliyevanın müdafiəsinə qalxıb.
Qalmaqallı prodüser Tolik (Tarix Əliyev) də Xoşqədəm Baxşəliyevanın müdafiəsinə qalxıb.
TİA.AZ xəbər verir ki o, “İnstagram” bloqunda bu haqda status yazıb. O, Xoşqədəm Hidayətqızı ilə yanaşı, ATV telekanalının rəhbəti Vüqar Qaradağlı ilə bağlı da danışıb:
“Neçə gündür ki, bu məsələni kənardan izləyirəm. Bununla bağlı münasibət bildirmək istəmirdim, amma bəzi yazılar məni danışmağa vadar etdi. Heç Vüqar (Qaradağlı-red) müəllimi tanıyırsız? Vüqar müəllimi tanımayanlar onun Azərbaycan üçün nələr etdiyini bilməyən insanlar ağızlarına gələni yazırlar. Bilirsiniz ki, Vüqar Qaradağlı 1991 cildən ta, 2011-ci ilə qədər Qurani-Kərimin 12 nəşrinin redaktorudur? Siz bilirsiniz ki o, “Quran”ı əzbər bilir? Bəzi mollarlardan fərqli olaraq… Vüqar müəllimin bəzi kanal rəhbərləri kimi otağında hamam yoxdur və işçiləri qəbul edəndə onlarla otaqda görüşmür. O, hamıya eyni gözlə baxır, 20 dəqiqə otağında oturub iş fəaliyyətimi danışdım, bir kəlmə məndən hansısa müğənni haqda sorşuşmadı. Xoşqədəmi mən Almaniyada yaşayandan tanıyıram. Hər zaman Azərbaycanı düşünən xanım olub. Dünya Azərbaycanlıları Konqresində hər zaman bizim səsimizi dünyaya eşitdirib. Siz bilirsiniz, 2005-ci ildə X.Hidayətqızına prezidentimiz “Tərəqqi” medalı verib? Siz bilirsiniz ki, Vüqar müəllim heç vaxt belə şeyin olmasına imkan verməz və bunu heç vaxt yaymaz? Onu edən idisə, ANS-in zamanında, 2014-cü ildə edərdi. Siz blirsiniz ki, ATV və Xəzər telekanalları digərlərindən fərqli olaraq dost münasibətdədirlər? Bəs niyə Xoşqədəm Suriyaya gedəndə ona hamınız qibtə edirdiniz, neçə ailələri qovuşdurub 1 milyon yaxşılığını qoyub kənara, hansısa keçmiş işçinin efirə getməyən kadrları yaymağını düşünürsünüz? Belə düzgün idi, vaxtında yayardı, üstündən 2 il keçəndən sonra yox. Onda belə çıxır ki, televziyaya çıxıb dərdlərini deyən insanlar da aktyordur? Deməli, bu qədər insanların dərdi yox imiş, hamısı oyundur? ATV və Xəzər Azərbaycanda neçə ailələrə kömək olub, deməli, hamısı aktyorlardır? İnsanları tanımadan onları təhqir etməyin, çünki onların bu xalq üçün çox əziyyəti olub”.