Tanınmış prodüsser Tarix Əliyev (Tolik) qızının 5 ayını qeyd edib.
Tribunainfo.az xəbər verir ki, Tarix Əliyev sosial şəbəkə hesablarında qızı ilə şəkillərini paylaşıb. O bildirib ki, dostunun qardaşı dünyasını dəyişdiyi üçün tədbir keçirməyib:
“Ayın 27-də Milananın 5 ayı tamam oldu. Amma düzünü deyim, heç qeyd etmədim, tort kəsdim. Çünki dostum Könülün qardaşı dünyasını dəyişib, ona görə həmin gün şəkil də paylaşmaq istəmədim. Yenə də düşündüm ki, bu şəkilləri bölüşüm. Axı dostluq həm də çətin günlərdə lazım olur. Dostluğa yalnız sözlə yox, əməl ilə də dəyər vermək gərəkdir. Allah mənim yaxşı dostlarımı qorusun, heç vaxt kədər görməsinlər, daim xoşbəxt olsunlar. Allah həm də onların balalarını qorusun. Bütün balalari qorusun”.
Gülşən Rəsul