TOKAYEV: QURANIN YANDIRILMASI YOLVERİLMƏZDİR

TOKAYEV: QURANIN YANDIRILMASI YOLVERİLMƏZDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qazaxıstan prezidenti Kasım Cömert Tokayev Şimali Avropanın bəzi ölkələrində Quranın yandırılmasının “qəbuledilməz təxribat” olduğunu və pislənilməli olduğunu bildirib.

Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, Tokayev bildirib ki, Şimali Avropanın bəzi ölkələrində Quran yandıran aksiyalar gərginliyi artırmaq, xalqlar və dövlətlər arasında etimadı sarsıtmaq məqsədi daşıyır.

Qurana qarşı edilən hücumları “təxribat” kimi qiymətləndirən Tokayev, “Quran yandırma hərəkətləri qəbuledilməzdir” deyib.

Qazaxıstan prezidenti Tokayev bu cür hücumların qınanması lazım olduğunu vurğulayaraq, “Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası da bu mövzuda mövqeyini ortaya qoymalıdır” deyib.