Toivo Klaar Abxaziyaya buraxılmadıbackend

Toivo Klaar Abxaziyaya buraxılmadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mandatım çərçivəsində 2024-cü il yanvarın sonunda Abxaziyaya səfər etmək niyyətində idim. Təəssüf ki, oradakı həmsöhbətlərimiz mənə dedilər ki, bu, mümkün deyil”.

Tribunainfo.az xəbər verir ki, bunu Aİ-nin Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə nümayəndəsi Toivo Klaar deyib.

Onun sözlərinə görə, bu, son altı ayda ikinci imtinadır.

Klaar yazır: “Abxaziyanın nisbi açıqlığı Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən əziyyət çəkməməlidir”.

Onun sözlərinə görə, Abxaziya ilə rabitə kanallarının bağlanması heç kimin maraqlarına cavab vermir.