Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.
“Qafqazinfo”nun məlumatına görə, istintaq orqanı tərəfindən toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Məlum olub ki, Yaqublu ilə birgə Məmmədov Elnur Vaqif oğlu da cinayət məsuliyyətinə cəlb edilib.
Onların işi hakim Əli Məmmədovun sədrliyi ilə araşdırılacaq.
Xatırladaq ki, Tofiq Yaqublu Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) və 320.1-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya satma) maddələri ilə ittiham edilir.