Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” MMC tərəfindən Azərbaycanın xalq artisti, bəstəkar Tofiq Quliyevə həsr olunan poçt markası hazırlanıb.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” MMC tərəfindən Azərbaycanın xalq artisti, bəstəkar Tofiq Quliyevə həsr olunan poçt markası hazırlanıb.
Bu barədə Nazirliyin Mətbuat xidmətindən məlumat verilib.
Poçt markası T.Quliyevin anadan olmasının 100 illiyi münasibətilə çap olunub. Məlumata görə, 40×28 mm ölçüsündə olan markanın tirajı 200 min ədəd təşkil edir. Marka “Belarusskiy Dom Peçati” mətbəəsində nəşr olunub.
Xatırladaq ki, T.Quliyev 1917-ci il noyabrın 7-də Bakı şəhərində, mühəndis-iqtisadçı Ələkbər Quliyevin ailəsində anadan olub. O, Azərbaycan caz və estrada musiqisinin banilərindən biri, bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin müəllifidir.
2000-ci il oktyabrın 4-də dünyasını dəyişən T.Quliyevin 100 illik yubileyinin keçirilməsi məqsədi ilə Azərbaycan Prezidenti İlham Əliyev sərəncam imzalayıb. Bakı şəhərinin küçələrindən biri və 12 saylı musiqi məktəbi bəstəkarın adını daşıyır.