tkin düşmüş hesab edilən Lerik sakininin qalıqları 82 il sonra Rusiyada tapıldı

tkin düşmüş hesab edilən Lerik sakininin qalıqları 82 il sonra Rusiyada tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

II Dünya Müharibəsində itkin düşmüş əsgərin qalıqları tapılıb.

Tribunainfo.az APA-ya istinadən xəbər verir ki, Lerik rayonunun Hoveri kənd sakini olan Məmməd Xudaverdiyevin cəsədinin qalıqları 82 il sonra Rusiyanın Smolensk vilayətində aşkarlanıb.

O, 1942-1943-cü illərdə II Dünya Müharibəsində iştirakçısı olub.

2025-ci ilin fevral ayının əvvəlində Rusiyanın “Krasnoarmeets” axtarış qrupu Smolensk vilayətinin Duxovşinski rayonu ərazisində apardığı ekspedisiya zamanı səngərdə bir-birindən bir metr aralıda tapılan dörd əsgərin qalıqlarını aşkar edib.

Onlardan birinin şəxsiyyəti onunla birlikdə tapılan, üzərində baş hərfləri və soyadı – “M.F.Xudaverdiyev” yazılan metal qaşıq vasitəsilə müəyyənləşdirilib. Daha sonra aparılan arxiv araşdırmaları nəticəsində həmin əsgərin 1918-ci il təvəllüdlü, Lerik rayonunun Hoveri kəndindən olan Məmməd Fəttahoviç Xudaverdiyev olduğu təsdiqlənib.

Qeyd edək ki, Xudaverdiyev 1942-ci ildə Azərbaycan SSR-dən hərbi xidmətə çağırılıb və 134-cü atıcı diviziyanın tərkibində döyüşlərdə iştirak edib. O, 1 iyun 1943-cü ildə Smolensk vilayətinin Verdino kəndi yaxınlığında yerləşən yüksəkliklər uğrunda gedən döyüşdə itkin düşmüş hesab olunurdu.

1284231_(1).jpg (144 KB)