Tıxaclarla bağlı bu işlər görüləcək – EKSPERT

Tıxaclarla bağlı bu işlər görüləcək – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident son çıxışında vurğulayıb ki, şəhər tıxaclara boğulmağa başlayıb.
Prezidentin bu çıxışından sonra tıxaclarla bağlı hansı addımlar atıla bilər və şəhərdə nəsə dəyişəcəkmi?

Tribunainfo.az-a açıqlama verən nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, bu istiqamətdə işlər aparıla bilər. Ən azından ictimai nəqliyyat şaxələndirilə bilər. Tramvay xətlərinin çəkilməsi məsələsi gündəmdə var.

Ekspertin sözlərinə görə, paralel olaraq Nəqliyyat Nazirliyinin tabeliyində olan Yerüstü Nəqliyyat Agentliyi şəhər mobilliyi layihələri həyata keçirir. Burada əsas məqsədlərdən biri də Bakı şəhərində hər kəs üçün hərəkətin sərbəstliyi prioritet götürülüb. Burada piyada da, sürücü də, sərnişin də , velosipedçi də uyğun hərəkət prinsipləri nəzərdə tutulub. Velosiped zolaqlarının çəkilməsi də, ictimai nəqliyyat üçün aftobus zolaqlarının çəkilməsi də əsas bu məqsədi güdür.

“Düşünürəm ki, irimiqyaslı tədbirlər Bakı şəhərindən kənarda həyata keçirilsə yaxşı olar.

Dünənki çıxışda da cənab prezident qeyd etdi ki, ictimai nəqliyyatda avtobus seqmentində də irəliləyişlər var. Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri artıq gətirilib. 2025-ci il ərzində belə avtobuslar ölkəmizdə istehsal olunacaq. Bu avtobusların ölkəmizdə istehsal olunması da artıq ondan xəbər verir ki, biz ictimai nəqliyyatın, avtobus seqmentini gücləndirə biləcəyik”.

 

 

 

Dəniz