Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda 4 yük maşınının Heydər Əliyev prospektində yolu bağlaması ilə bağlı təcili iclas keçirib.
TİA.AZ xəbər verir ki, iclasda nazirliyin yanında fəaliyyət gösətərən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayev və bir sıra rəhbər şəxslər iştirak ediblər.
Nazir baş verən hadisə ilə bağlı araşdırma qrupu yaradıb.