backend

TİQRAN XUDAVERDİYAN ÖLKƏMİZDƏ NECƏ BİZNES QURUR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Yandex” şirkətinin “Yandeks Taksi” xidməti fevral ayının 15-dən “Yandex Azerbaijan Limon Taxi” kimi Bakıda fəaliyyətə başlayacaq.  

Rusiyanın “Yandex” şirkətinin “Yandeks Taksi” xidməti fevral ayının 15-dən “Yandex Azerbaijan Limon Taxi” kimi Bakıda fəaliyyətə başlayacaq. 

Hazırda “Yandeks Taksi” xidmətinin onlayn bazasına 30-dan çox avtomobil daxildir. 

Onların sayının hər gün artırılacağı bildirilir. Qeyd edək ki, “Yandeks Taksi” şirkətinin baş direktoru erməni əsilli Tiqran Xudaverdyandır. 

Bu məsələni araşdırmaq qərarına gəldik. Nəqliyyat Nazirliyinin  mətbuat  xidmətinini rəhbəri  Namiq Həsənov TİA.AZ-a bildirdi ki, bu məsələnin onlara aidiyyatı yoxdu: “Bununla bağlı Baki Nəqliyyat Agentliyinə müraciət edin”.  

Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirdi ki, onlar da  bu haqda məlumatı mətbuatdan öyrəniblər: “Bakıda hazırda mövcud olan digər sifariş taksi xidmətləri kimi “Yandex”də ilk öncə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə müraciət edib, ordan qeydiyyatdan keçməlidir. Nəinki “Yandex”, bütün taksi xidmətlərinin hamısı ordan qeydiyyatdan keçdikdən sonra “Yandex”in özünün avtomobilləri varsa,  həmin avtomobillərə şirkətin nümayəndəsi fərqlənmə nişanı almalıdır və yaxud cəlb etdikləri sürücülərin nəqliyyat vasitələrinə fərqlənmə nişanı almalıdır. Lakin bizə hələlik “Yandex”lə bağlı hər hansı bir müraciət daxil olmayıb. Nə sürücülər tərəfindən, nə də “Yandex” şirkəti  tərəfindən. Əslində qanuna görə, Baki şəhəri və ölkə ərazisində sifarişli  taksi xidməti göstərmək istəyən şirkətlər ilk öncə Rabitə və Yüksək Texnologiyaları Nazirliyindən qeydiyyatdan keçməlidirlər”.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən isə məsələ ilə bağlı hələki konkret münasibət bildirilmədi. Qeyd edək ki, TİA.AZ  qurumun rəsmi açıqlamasını yaxın zamanda diqqətinizə çatdıracaq. Xatırladaq ki, ötən gün Vergilər Nazirliyi də mətbuata bildirmişdi ki, belə bir şirkət rəsmi qeydiyyatdan keçməyib.

NİLUFƏR