“Exxon Mobil” korporasiyasının başçısı Reks Tillerson zəngin beynəlxalq təcrübəyə malik olduğuna görə Donald Tramp tərəfindən ABŞ dövlət katibi seçilib.
“Exxon Mobil” korporasiyasının başçısı Reks Tillerson zəngin beynəlxalq təcrübəyə malik olduğuna görə Donald Tramp tərəfindən ABŞ dövlət katibi seçilib.
TİA.AZ APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın yeni seçilən prezidenti Donaldın Trampın rəsmi nümayəndələri Şon Spayser və Ceyson Miller bəyan ediblər.
“Reks Tillerson beynəlxalq səviyyəli mütəxəssisdir. Onun dünya üzrə zəngin təcrübəsi və əlaqələri, eyni zamanda geosiyasət məsələlərində anlayışı var”, deyə C.Miller bildirib.
Ş.Spayser, öz növbəsində, R.Tillersonun Senat tərəfindən təsdiq olunacağına əminliyini bildirib. O qeyd edib ki, “Exxon Mobil”-in rəhbərinin dövlət katibi postuna gətirilməsinə münasibət olduqca müsbətdir.