Narkotik dövriyyəsində ittiham edilən “TikTok”er Aysun Mirişlinin məhkəməsi yekunlaşıb.
Xətai Rayon Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hakim Sülhanə Hacıyeva xanım müttəhimin cəzasını həbsdə çəkməsinə zərurət görməyib.Hökmə əsasən, A.Mirişliyə 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib. Onun üzərinə yaşadığı ünvanı axşam saat 23:00-dan səhər 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini işlək vəziyyətdə gəzdirmək öhdəliyi qoyulub.
Qeyd edək ki, Aysun Mirişli “TikTok”da “axundova__302_” adı ilə tanınır.
Qafqazinfo