Tiktok vasitəsilə 30 nəfərin pulunu taladı

Tiktok vasitəsilə 30 nəfərin pulunu taladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Naxçıvanda polis sosial şəbəkələrdə dələduzluq etməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Tribunainfo.az  xəbər verir ki, Naxçıvanda polis əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində Tiktok və İnstaqram sosial şəbəkələrində kiber üsullarla 30-a yaxın vətəndaşın pul vəsaitlərini talayan, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Toğrul Ağazadə saxlanılıb.

Araşdırmalarla həmin şəxsin xarici ölkələrdən birinin vətəndaşının da etibarından sui-istifadə etməklə onun 17000 manatını dələduzluq yolu ilə əldə etdiyi aşkar olunub. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

T.Ağazadənin əməllərindən zərər çəkmiş digər şəxslər varsa, bu barədə “102” Xidməti Zəng Mərkəzinə və polis orqanlarına məlumat verə bilərlər.