“TİKTOK” NƏ VAXT AÇILACAQ? – EKSPERT RƏYİ

“TİKTOK” NƏ VAXT AÇILACAQ? – EKSPERT RƏYİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Artıq xeyli müddətdir ki, ölkədə TikTok sosial şəbəkəsinə giriş məhdudlaşdırılıb. 19 sentyabr tarixindən,
antiterror tədbirləri başlayan zaman hökumətin bu resursun məhdudlaşdırılması istiqamətində atdığı addımlar məqbul və ağlabatan idi.

Tribunainfo.az xəbər verir ki, Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüzün fikrincə, problem artıq aradan qaldırılmalıdır:

“Əksəriyyət VPN texologiyadan yaralanmaqla bu resursdan sərbəst istifadə edir. Ancaq TikTok -a girişin bərpa edilməməsi düşündürücüdür. Səlahiyyətli qurum olan RİNN buna aydınlıq gətirməlidir.
Hansısa hüquqi əsaslar olmadan belə durumun qalması da doğru bir yanaşma deyil.


Xüsusilə də, VPN -lərdən kütləvi istifadə təhlükəsizlik üçün əlavə təhdidlər yaradır.

Fikrimcə , hökumətin bu resursdan uşaqların təhlükəsizliyini təmin etmək şərtilə effektiv istifadə edilməsi, biznes və marketinq baxımından səmərəli istifadə edilməsi, azərbaycandilli faydalı kontentin yaradılmasına diqqət yetirməsi daha ağlabatan olardı.

TikTok-un nümayəndəliyini açmaq, burada dövr edən vəsaitləri vergiyə cəlb etmək, bu qlobal resursla əməkdaşlıq edib, uşaqları qorumaq üçün əlavə imkanlar yaratmaq, azərbaycandilli faydalı kontentin inkişafına dəstək almaq daha doğru olardı”.