“TikTok”da trendə çevrilən yeni hərəkət növü faciəyə səbəb olub.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, “Boat Jumping” adlı hərəkət növü 4 nəfərin ölümünə gətirib çıxarıb. Bu hərəkət növünü edən şəxslər geriyə tullanarkən həlak olublar.
Faciəvi hadisələrdən sonra bir çox istifadəçiyə bu cür tendensiyalara qarşı xəbərdarlıq edilib.
ABŞ-da baş verən bu cür hadisələrdən sonra danışan Childersburq Xilasetmə Qrupunun kapitanı Cim Dennis bu ölümlərin “asanlıqla qarşısı alına biləcəyini” söyləyib.