ABŞ-nin vitse-prezidenti və Demokratlar partiyasından prezidentliyə potensial namizəd Kamala Harris TikTok sosial şəbəkəsində hesab açıb.
Tribunainfo.az xəbər verir ki, o, hesabında seçkiqabağı kampaniya çərçivəsində ilk video da yerləşdirib.
“Eşitmişəm ki, son zamanlar TikTok tövsiyələrində görünməyə başlamışam, buna görə də, burada öz hesabımı yaratmağa qərar verdim”, – deyə Harris videoda qeyd edib.
13 saat ərzində video 5,5 milyon baxış toplayıb, vitse-prezidentin səhifəsinə isə 1,4 milyon izləyici abunə olub.