Sosial media platforması TikTok-da pul qarşılığında nalayiq məzmunlu canlı yayımlayaraq 1 saat ərzində 100 min lirə topladığı iddia edilən qadın nəzarətə götürülüb. 35 yaşlı qadın ifadəsindən sonra Anadolu Respublika Baş Prokurorluğuna sövq edilib.
Tribunainfo.az NTV-yə istinadən xəbər verir ki, kadrlardakı qadının pul qarşılığında köynəyinin düyməsini yavaş-yavaş açdığı müəyyən edilib.
Polis hərəkətə keçərək qadının evinə basqın edib.
Polis idarəsində əməliyyatları tamamlanan qadın prokurorluğun göstərişi ilə İstanbul Anadolu Baş Prokurorluğuna sövq edilib.