ABŞ-da 19 yaşlı gənc “TikTok”u qadağan etmək təklifinə reaksiya olaraq binanı yandırıb.
Tribunainfo.az TRT Haber-ə istinadən xəbər verir ki, ABŞ-ın Viskonsin ştatında 19 yaşlı gənc TikTok sosial şəbəkə tətbiqini qadağan edən qanuna reaksiya olaraq tətbiqi tənqid edən açıqlamaları ilə tanınan konqresmen Qlenn Qrotmanın regional ofisinin olduğu biznes mərkəzini yandırıb.
Fond Du Lac bölgəsinin polisi ofislərin olduğu binanın yandırılması ilə bağlı açıqlama verib.
Açıqlamada Respublikaçılar Partiyasından olan konqresmen Qrotmanın adına icarəyə götürülmüş ofisin yerləşdiyi binanın yandırıldığı və şübhəlinin nəzarətə alındığı bildirilib.
Ceyran