Ermənistanın sabiq səfiri, “Ana Ermənistan” Hərəkatının aktiov üzvlərindən biri Dzyunik Ağacanyan maraqlı, həm də qəribə bir iddia ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, diplomat Azərbaycan,Türkiyə və Ermənistan arasında gizli razılaşmanın olduğunu bildirib.
O deyib ki, bu barədə məlumatı Türkiyə mənbələrindən əldə edib. “Sızan məlumatlara görə, aprel ayında Gürcüstanda “Türkiyənin “Sülh kəsişməsində iştirakı” adlı proqramına dair Ermənistan-Azərbaycan-Türkiyə protokolu imzalanıb”.
Ağacanyan bununla da kifayətlənməyib. O bildirib ki, Zəngəzur Dəhlizinin açılması yaxın zamanlarda mümkünləşəcək. “Zəngəzur dəhlizinə qərb şirkəti nəzarət edəcək. Paşinyan bu şərtlə dəhlizin açılmasına razılıq verib. Bu prosesi isə ABŞ həyata keçirəcək”.
Amma keçmiş səfir onu da iddia edib ki, iyulun əvvəlinə kimi, Ermənistanın onsuz da kritik vəziyyətini daha da kritik edəcək bu çox öhdəlikləri təsdiqləyən hadisələr baş verəcək. O, müharibə ehtimalının az olmadığını vurğulayıb.