Tiflis metrosunun maşinistləri daxili məsləhətləşmələrdən sonra metronun fəaliyyətinin bərpası haqqında qərar qəbul ediblər.
Axar.az xəbər verir ki, maşinistlər başlatdıqları tətili 14:00-da bitirəcəklərini deyiblər. Etirazçılar maaşlarının artırılmasıyla bağlı Tiflis meri Kaxa Kaladzenin məsuliyyəti üzərinə götürdüyünü açıqlayıblar.
Qeyd edək ki, maşinistlər Tiflisdə maaşlarının 45 faiz artırılması tələbi ilə 2 gündür tətil edirlər.