ABŞ-da hazırlanan yeni preparat HİV virusuna əlac ola bilər.
ABŞ-da hazırlanan yeni preparat HİV virusuna əlac ola bilər.
TİA.AZ xarici mediaya istinadən xəbər verir ki, ABŞ Milli Sağlamlıq İnstitutu və Sanofi dərman firmasının ortaq layihəsi nəticəsində hazırlanan və antikor adlanan maddə HİV virusunun 99%-ni məhv edir. Antikor immuniteti qoruyan və xarici təhlükələrə qarşı müdafiə edən molekulyar quruluşdur.
Alimlər 24 meymun üzərində təcrübə keçirib və HİV virusu inyeksiya edilən bu canlılara daha sonra yeni antikor vurub. Testin nəticəsində isə meymunların HİV virusu daşıyıcısı olmadığı məlum olub.
Qeyd edək ki, yeni maddə 2018-ci ildə insanlar üzərində də sınaqdan keçiriləcək.