Fevral ayının ortaları olsa da, tibb işçilərinə hələ də yanvar ayının maaşı verilməyib.Tribunainfo.az xəbər verir ki, bu barədə sosial şəbəkədə həkim Aydın Əliyev yazıb. O qeyd edib ki, tibb işçilərinin əmək haqqını gecikdirməklə onları incidirlər:
“Fevral ayının yarısına az qalmasına baxmayaraq əksər dövlət tibb müəssisələrində çalışan tibb işçilərinin yanvar ayı üçün əmək haqları hələ də verilməyib. Tibb işçilərinin qəpik-quruşlarını verin, onları incitməyin”.
Nigar