Sağlam həyat tərzi keçirən 32 yaşlı hindistanlı qadın korluq narahatlığı ilə xəstəxanaya gedərkən tamam başqa reallıqla qarşılaşıb. Ağciyər xərçənginə tutulduğunu öyrənən qadının başına gələnlər tibb dünyasını heyrətə salıb.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, həkim görmə problemi olan xəstələrdə ağciyər xərçəngi ehtimalını nəzərdən qaçırmamaq barədə xəbərdarlıq etdi.
Heç vaxt siqaret çəkməyən 32 yaşlı hindistanlı qadın bir gözü kor olduqdan sonra həkimə müraciət edib.
Sağ gözündə görmə qabiliyyətini itirən və sol gözündə sayrışan işıqları görən qadın, fotopsiya adlanan görmə pozğunluğu ilə xəstəxanaya yerləşdirilib.
Müayinələrdə onun ağciyər xərçəngi və hər iki gözündə xoroid metastazları olduğu müəyyən edilib. Nyu-York Göz Xərçəng Mərkəzinə görə, xoroid metastazı bədənin başqa yerlərində başlayan, lakin qan vasitəsilə gözlərə gedən bir xərçəngdir.
“Science” jurnalında dərc olunan bu halda, heç bir ağciyər xəstəliyi bildirilməsə də, qadının ağciyərləri xərçəng şişləri ilə dolu idi.
Mütəxəssislər, görmə pozğunluqlarının xərçəngin potensial əlaməti olaraq ciddi qəbul edilməsi lazım olduğunu söylədilər.