İran ətrafında gəgrinlik davam edir.
Tribunainfo.az xəbər verir ki, rəsmi Tehran indidən bəzi hazırlıqlara başlayıb.
Belə ki, cənub qonşumuz ordunun bəzi bölmələrini yüksək döyüş hazırlığına gətirib.
“The Daily Mail” qəzeti isə yazır ki, ABŞ yaxın həftələrdə İranda yerləşən nüvə obyektlərinə zərbələr endirə bilər. “İsrail mənbələri bunun çoxdan edilməli olduğunu və bu məsələyə son qoymağın vaxtı çatdığını qeyd ediblər”.
Təl Əvivdəki mənbələr isə hesab edirlər ki, Trampın Ağ Evə qayıtması “İran məsələsinin həlli” üçün ən yaxşı məqamdır. “İsrailin ikinci belə şansı olmayacaq”.
Fərda Uğur