Ürək çatışmazlığı, iflic, aorta anevrizması, infarkt və böyrək xəstəlikləri kimi həyata mənfi təsir edən bir çox xəstəliyə səbəb olan yüksək təzyiq hər gün 25 mindən çox insanın ölümünə səbəb olur.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, yüksək təzyiqə bağlı ölümlərin qarşısının alınması ilə yanaşı, müalicə üçün istifadə edilən dərmanların qəbulunun da dayandırılmasının mümkün olduğunu söyləyən Kardiologiya Mütəxəssisi Dos. Dr. V.Özlem Bozkaya bununla bağlı nələrin edilməsi lazım olduğunu tam təfərrüatı ilə izah edib.
Qan təzyiqini normal həddə saxlamaqla ürək-damar xəstəlikləri riskini azaltmaq istəyən həkimlər də yüksək təzyiqli insanlara dərman yazaraq mümkün risklərin qarşısını almağa çalışırlar. Bir çox yüksək təzyiq xəstələri bu vəziyyətin onların taleyi olduğunu və həyatları boyu dərman istifadə edəcəklərini düşünürlər. Ancaq Kardiyoloji Mütəxəssisi Dos. Dr. V.Özlem Bozkaya deyir ki, təzyiq dərmanlarının sayını azaltmaq, hətta dayandırmaq olar.
“Normal qan təzyiqi dəyəri 120/80 mmHg-dən aşağıdır. Bir ölçmədə yüksək dəyərlər dərhal yüksək təzyiq diaqnozu qoymur. Stressli bir anda qorxu və ya hirs səbəbiylə qan təzyiqinin yüksəlməsi bəzən hamımızda görünə bilər. Əsas odur ki, günün orta qiymətlərə baxdığımızda sistolik qan təzyiqi 120-130 mmHg diastolik qan təzyiqi 80-85 mmHg diapazonunda yüksək normal sayılır. 130/90 mmHg-dən yuxarı olan dəyərlər, yüksəlmə dərəcəsinə görə hipertoniya üçün klinik olaraq mərhələlərlə təyin olunur”.
Yüksək qan təzyiqinin klinik olaraq müxtəlif vəziyyətlərdə özünü göstərə biləcəyini söyləyən Dos. Dr. V.Özlem Bozkaya: “ Evdə təzyiq monitorinqiniz yüksək olsa da, xəstəxanaya gəldiyiniz zaman ölçdüyünüz dəyər normal ola bilər. Bu vəziyyət “maskalı hipertenziya” adlanır. Və ya əksinə ola bilər. Dəyərləriniz gün ərzində çöldə normal olsa da, yüksək dəyərlər yalnız xəstəxana mühitində görünə bilər. Bu vəziyyətə “Ağ Palto Hipertansiyonu” da deyilir. Bəzən yüksək təzyiq hücumları yalnız gecə baş verə bilər. Gün ərzində bir neçə ölçü götürmək və təzyiqin normal olması sizin yüksək təzyiqiniz olmadığı anlamına gəlmir. Biz müşayiət edən şikayətlərdən, digər kliniki tapıntılardan və ya risk faktorlarından şübhələnərək yüksək qan təzyiqi üçün testlər aparmaq istəyə bilərik”.