“Tezliklə İrana misli görünməmiş hücum başlayacaq”

“Tezliklə İrana misli görünməmiş hücum başlayacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran və ABŞ arasında söz dueli davam edir.

Tribunainfo.az xəbər verir ki, SEPAH dünəndən ordu bölmələrini qismən döyüş hazırlığı vəziyyətinə gətirib.

İranın XİN başçısı Abbas Ərqaçı isə bəyan edib ki, ABŞ hərbi vasitəyə əl atarsa, bunun cavabını alacaq. O, məsələnin diplomatik yolla həllinə tərəfdar olduqlarını deyib.

Ötən gün ABŞ Dövlət Departamentinin sözçüsü Tammy Bruce isə İranla bağlı daha bir açıqlama verib. “İran nüvə proqramı ilə bağlı ABŞ administrasiyası ilə danışıqlardan imtina edərsə, ABŞ administrasiyası başqa variantları nəzrədən keçirmək hüququnu özündə saxlayacaq. İran heç vaxt nüvə silahına malik olmamalıdır və ABŞ buna icazə verə bilməz”.

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə “International Affairs” jurnalına verdiyi müsahibəsində bildirib ki, təmsil etdiyi ölkəsi İranın nüvə obyektlərinə mümkün hucmlarla bağlı Tehrana xəbərdarlıq ediblər.

Onun sözlərinə görə, İrana hücumun nəticələri bütün region üçün fəlakətli ola bilər.

Dünən İsraildə yayınlanan “Kanal 14” televiziyası isə sensasiyalı iddia ilə çıxış edib. “Tezliklə İrana misli görünməmiş genişmiqyaslı hücum başlayacaq”.

Uğur Rəhimli