Təyyarəmizin vurulmasına görə məsuliyyəti onlar daşıyır – ADLAR

Təyyarəmizin vurulmasına görə məsuliyyəti onlar daşıyır – ADLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”nın təyyarəsinin Rusiyanın “Pantsir-S” Hava Hücumundan Müdafiə sistemi tərəfindən vurulmasına görə məsuliyyət daşıyan şəxslər müəyyən edilib.

Milli.Az xəbər verir ki, birinci cavabdeh Çeçenistan Respublikasının Nəqliyyat Nazirliyinin rəhbərliyidir, çünki bu qurum aviasiya hissəsinə nəzarət edir. Nazir Adam Ramazanoviç Çerxiqov bu məsuliyyəti daşıyan şəxsdir.

İkinci cavabdeh “Vaynaxavia” ASC-nin rəhbəri Şahqiriyev Alvi Saydumoviçdir. Bu şirkət Qroznı hava limanını idarə edir.

Hadisəyə görə məsuliyyət daşıyan digər şəxslər arasında Rusiyanın Cənub Hərbi Dairəsinin rəhbərliyi də var, çünki Çeçenistan ərazisi məhz bu hərbi struktura tabedir. Cənub Hərbi Dairəsinin komandanı 2024-cü ilin noyabr ayında general-polkovnik Aleksandr Semyonoviç Sançik olub, onun müavini isə Vladimir Anatoliyeviç Koçetkovdur.

Bundan əlavə, Cənub Hərbi Dairəsi daxilində hava hücumundan müdafiə məsələlərinə cavabdeh olan 4-cü Qvardiya Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Ordusunun rəhbərliyi də məsuliyyət daşıyır. Bu hərbi birləşməyə general-mayor Vladimir Stanislavoviç Kutsenko komandirlik edir. Nəhayət, Çeçenistan ərazisində hava hücumundan müdafiə vasitələrinin yerləşdirilməsi məsələsini ilk dəfə 2022-ci ildə Ramzan Kadırov qaldırmışdı. Məsələ xüsusən Ukrayna pilotsuz uçuş aparatlarının Çeçenistana zərbə endirməsindən sonra aktuallaşmışdı, bu hadisə 2023-cü ilin oktyabrında xüsusi təyinatlılar universitetinə qarşı baş vermişdi.