ABŞ-ın “Delta Airlines” aviaşirkətinin Nyu-Yorkdan Siettl şəhərinə uçan təyyarəsi marşrutunu dəyişməli olub
ABŞ-ın “Delta Airlines” aviaşirkətinin Nyu-Yorkdan Siettl şəhərinə uçan təyyarəsi marşrutunu dəyişməli olub.
TİA.AZ-ın məlumatına görə, buna təyyarənin göyərtəsində sanitar qovşağının sıradan çıxması səbəb olub.
Nəticədə sərnişinlərin təbii ehtiyaclarını ödəyə bilmələri üçün təyyarə yüzlərlə kilometr yolunu dəyişərək Montana ştatının Billinqs şəhərində eniş etməli olub.