Təyyarə qəzasında həyatını itirən 13 yaşlı Məhəmmədəli dəfn olundu – FOTO/VİDEO

Təyyarə qəzasında həyatını itirən 13 yaşlı Məhəmmədəli dəfn olundu – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AZAL-ın Aktauda qəzaya uğrayan sərnişin təyyarəsində həlak olan 13 yaşlı Məhəmmədəli Yeganovun nəşi Azərbaycana gətirilib.

Tribunainfo.az xəbər verir ki, Məhəmmədəlinin cansız bədənini gətirən təyyarə səhər saatlarında Heydər Əliyev adına Beynəlxalq Hava Limanına enib.
Yaxınları Məhəmmədəli ilə Xətai rayonunda yerləşən evlərində vidalaşıblar.

Vida mərasimindən sonra mərhum dəfn edilmək üçün Suraxanı rayonundakı Tatar qəbiristanlığına aparılıb.

Qeyd edək ki, Məhəmmədəli futbolçu olub. O, “Gənclik” futbol klubunda oynayıb.

Məhəmmədəli Yeganov Suraxanıdakı Tatar qəbiristanlığında torpağa tapşırılıb.

Allah rəhmət eləsin!