Təyyarə qəzasında həlak olanların nəşinin müayinəsi aparılacaq

Təyyarə qəzasında həlak olanların nəşinin müayinəsi aparılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində həlak olan soydaşlarımızın nəşi Vətənə gətirilib”.

Tribunainfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru, tibb elmləri doktoru, professor Ədalət Həsənov deyib.

Onun sözlərinə görə, nəşlər xüsusi avtomobillərlə aparılacaq birliyin üç şöbəsinə aparılacaq:

“Baş Prokurorluğun İstintaq İdarəsinin qərarı əsasında məhkəmə-tibbi müayinəsi aparılacaq, ekspertiza keçiriləcək. Ekspert rəyi tərtib edilərək aidiyyəti üzrə, Baş Prokurorluğun İstintaq İdarəsinə təqdim ediləcək”.