Təyyarə qəzasına görə Trampdan tələb: “Rusiyanın günahını etiraf et”

Təyyarə qəzasına görə Trampdan tələb: “Rusiyanın günahını etiraf et”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Malayziya havayolu şirkətinə məxsus, Donetsk səmasında vurulan təyyarənin uğradığı qəzada həlak olanların yaxınları Donald Trampa və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenə müraciət ünvanlayıb.

Tribunainfo.az xarici mediaya istinadla xəbər verir ki, onlar Ukrayna ilə bağlı istənilən sülh sazişində Rusiyanın faciəyə görə məsuliyyəti öz üzərinə götürməsinin yer almasını tələb edirlər.

Məktublarda qeyd olunur ki, belə tanınma olmadan davamlı sülhə nail olmaq mümkün deyil.

Qurbanların ailələri uzun müddətdir ki, Rusiyadan həmin fəlakətə görə məsuliyyəti boynuna almasına çalışırlar. Ölən sərnişinlərin əksəriyyəti bu ölkənin vətəndaşları olduğu üçün Hollandiya hökuməti bu işdə onları dəstəkləyir.

Qohumlar hesab edirlər ki, onların tələbləri Rusiya və Ukrayna arasında istənilən mümkün sülh sazişinin tərkib hissəsi olmalıdır.

Maraqlıdır ki, Malayziya tərəfi baş nazir səviyyəsində qəzaya görə Rusiyanın cavabdeh olmadığını bildirib. Malayziya beynəlxalq təhqiqat komissiyasının qəza ilə baölı bütün həqiqətləri ortaya qoymasından sonra da öz fikirlərində qalıb.