Bunun mümkün səbəbi ilk olaraq Bakı ilə müqayisədə Mahaçqaladan Aktauya məsafənin nisbətən yaxın olmasıdır.
Tribunainfo.az xəbər verir ki, bu sualı cavablandıran politoloq Zaur Məmmədov bildirib ki, əsas səbəb isə təyyarənin hücuma məruz qaldığını anlayan pilotun Rusiyanın hava məkanını təcili tərk etmək istəməsidir:
“Mahaçqala və Bakı arasında hava məsafəsi 350 km, Mahaçqala və Aktau arasında hava məsafəsi isə 300 km təşkil edir. Bununla yanaşı, Aktau istiqamətində hərəkət etdiyi təqdirdə, təyyarə Rusiyanın hava məkanını daha tez tərk etmiş olurdu. Təyyarə Aktau istiqamətində hərəkət etdiyi zaman dərhal dənizə açılır və Rusiyanın hava məkanından çıxır. Bakı istiqamətində hərəkət etdiyi zaman isə əlavə olaraq təxminən daha 100 km Rusiyanın hava məkanında qalmalı idi”.
Nigar