Teymur Kərimova hökm oxundu

Teymur Kərimova hökm oxundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hədə-qorxu ilə tələb etməkdə ittiham olunan Kanal-11 internet televiziyasının rəhbəri Teymur Kərimov və İstək Totiyevanın cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, T.Kərimova 8 il həbs, İ.Totiyevaya isə şərti cəza verilib.

Qeyd edək ki, ötəndəfəki iclasda prokuror T.Kərimovun 9 il, İ.Totiyevanın isə 3 il müddətə azadlıqdan məhrum edilməsini, sonuncunun məhkəmə zalındaca həbsini tələb etmişdi.

Xatırladaq ki, istintaqın gedişində iş üzrə İstək Totiyeva da cinayət məsuliyyətinə cəlb edilib. Totiyeva kanal rəhbəri Kərimovla əlbir olaraq eyni cinayəti törətməkdə təqsirləndirilirdi.