backend

Təxribatçı erməni jurnalistlərin zərərsizləşdirildiyi anın VİDEOSU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın “Şant” telekanalının çəkiliş qrupunun media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan əməkdaşlarının cəbhə xəttinə yaxınlaşarkən Azərbaycan ordusunun əsgərləri tərəfindən atəşə tutulması anının görüntüləri yayılıb. Ermənistanın “Şant” telekanalının çəkiliş qrupunun media və ya hər hansı mülki təşkilata aid heç bir fərqləndirici nişanı olmayan əməkdaşlarının cəbhə xəttinə yaxınlaşarkən Azərbaycan ordusunun əsgərləri tərəfindən atəşə tutulması anının görüntüləri yayılıb.

TİA.AZ missiya.az-a istinadla xəbər verir ki, görüntülərdə hərbi formada olan iki şəxsin əvvəlcə avtomobillə hərəkət etdiyi daha sonra anidə yerdə uzandığı öz əksini tapıb.

Maraqlı məqam isə videonun bir hissəsinin çıxarılmasıdır. Çünki hərbi geyimli şəxslərin avtomobildən düşmə anı videodan silinib.

Həmçinin Ermənistan mətbuatının yaydığı şəkillərdə maşının arxa şüşələrinin sındığı görünsə də, hazırki videoda şüşələrin heç bir zədə almadığı öz əksini tapıb. Videoda həmin şəxslərində atəş açdığı görülür. Ermənistan mətbuatı silahlı insident nəticədə çəkiliş qrupunun operatoru David Atoyanın yaralandığını açıqlayıb.

Qeyd edək ki, atəşə tutulan avtomobilin salonunda “Kalaşnikov” avtomatı olub.

Məsələyə Azərbaycanın Müdafiə Nazirliyi də münasibət bildirib. Həmin açıqlamada qeyd edilir: Göründüyü kimi indiki halda “Şant” telekanalının çəkiliş qrupuna heç bir halda beynəlxalq humanitar hüququn jurnalistlərin münaqişə bölgəsində qorunmazını tənzimləyən normaları şamil edilə bilməz. Çünki onlar hərbi geyimdə olublar, hərbi kamuflyaj daşıyan avtomobildə hərəkət ediblər və üstəlik silahlı olublar.