Təxminən 500 evsiz Madridin əsas hava limanını zəbt edib

Təxminən 500 evsiz Madridin əsas hava limanını zəbt edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyanın paytaxtındakı beynəlxalq Madrid-Baraxas hava limanında məskunlaşan evsizlərin sayı kəskin şəkildə artaraq 50-dən 500-ə çatıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə 17 may tarixində Britaniyanın Daily Mail qəzeti məlumat yayıb.

Yerli hakimiyyət bu şəxsləri “qanunsuz sərnişinlər” adlandırır. Onların arasında psixi problemləri olan, alkoqol və narkotik asılılığından əziyyət çəkən insanlar var. Hava limanının müxtəlif mərtəbələrində, tualetlərin girişlərini bağlayaraq və restoran masalarını tutaraq yerləşiblər.

Məqalədə bildirilir ki, bəzi sahələrdə taxtabitlələrinə görə dezinfeksiya işləri aparılıb. Bir turist isə hava limanındakı mənzərəni “fəlakət zonası” ilə müqayisə edib.

Qeyd olunur ki, evsizlər sərnişinlər və hava limanı işçiləri üçün təhlükə yarada bilər. Onların üzərindən bıçaq və digər silahlar aşkarlanıb, həmçinin oğurluq halları da qeydə alınıb.

Xatırladaq ki, sosial narazılıqlar fonunda, mayın 9-da Madrid şəhərində hökumət binası qarşısında etiraz aksiyası keçirilib. Avropalılar “Vergilərin hara gedir?” adlı küçə sərgisi təşkil edərək, hökumətin büdcə vəsaitlərini necə xərclədiyinə diqqət çəkməyə çalışıblar.