Tevanyan: Onlar vətəni satmağa hazırdır

Tevanyan: Onlar vətəni satmağa hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda bir qrup siyasətçi Paşinyanın sərt tənqid edərək, onu xəyanətdə ittiham edirlər. Xüsusən də Azərbaycanla davranışları və açıqlamaları məsələsində sərt mövqe ortaya qoyurlar.
Tribunainfo.az xəbər verir ki, bu prosesə daha bir yanaşma da daxil edilib. Belə ki, erməni siyasətçiləri hesab edirlər ki, Azərbaycanla yaxınlaşmanı təkcə, Paşinyan deyil, həmçinin erməni iş adamları da çox istəyirlər.

“Ana Ermənistan” Hərəkatının rəhbəri Andranik Tevanyan bu barədə deyib ki, həmin iş adamları Azərbaycanın oliqarxı olmağa hazırdırlar. “Onlar vətənlərini pula satmağa hazır olanlardır. Vətənini alver obyektinə çevirən varlılar Azərbaycanın oliqarxı olmağa hazırdırlar”.