Azərbaycanda ali təhsil müəssisələrinə qəbul imtahanlarında test üsulunun ləğv ediləcəyi ilə bağlı sosial şəbəkələrdə məlumatlar yayılıb.
“Bu, 2017-ci ildə verilən bir müsahibədir, burada söhbət 2019-cu ilin qəbul modelindən gedirdi. Məleykə Abbaszadənin dedikləri o zaman da yanlış şərh olunmuşdu ki, guya test imtahanı ləğv olunur. Sadəcə olaraq, 2017-ci ildə 9-cu siniflər yeni qaydalarla buraxılış imtahanı vermişdilər. 2019-cu ildə isə 11-ci siniflərdə ilk dəfə yazılı cavab tələb edən tapşırıqlar tətbiq olunmağa başladı”.