Siyasətdə baş verənlər idmanda da təkrar olunur
Siyasətdə baş verənlər idmanda da təkrar olunur.
Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Tvitter səhifəsində yazıb.
“Heç bu dərəcədə təsəvvür etməzdim. İdmanda da Azərbaycan komandasını – “Qarabağ” klubunu sıxışdırdılar, bir neçə dəfə açıq-aydın cəzalandırdılar. Rəqib komandaya isə penalti və digər pozuntulara göz yumuldu. Siyasətdə baş verənlər idmanda da təkrar olunur”, – PA rəsmisi qeyd edib.