Tərtərin Azad Qaraqoyunlu kəndində səyyar qəbul-görüş keçirildi-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Azad Qaraqoyunlu kəndində oldu

 

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar qəbul-görüşü Azad Qaraqoyunlu kəndində oldu

TİA.AZ xəbər verir ki,qəbulda rayon icra hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak etdilər.

Əvvəlcə Azad Qaraqoyunlu kənd İƏD üzrə nümayəndə Nazim Xəlilov kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafı ilə bağlı görülən işlər barədə məlumat verib, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışdı.

Sonra kənd ağsaqqalları Qanboy Musayev və Vaqif Quliyev çıxış edərək qonaqlara “xoş gəldiniz”, dedilər. Kənd sakinlərinə göstərilən diqqət və qayğını dilə gətirdilər. Bildirildi ki, Azad Qaraqoyunlu kəndinin işıq, qaz problemi yoxdur. İçməli su problemləri də həll olunsa, sakinlərin qayğısı yüngülləşər. Ağsaqqallar görülən işlərə görə respublika Prezidenti cənab İlham Əliyevə kənd sakinləri adından öz minnətdarlıqlarını bildirdilər.

Sonra Tünzalə Cəfərova Azad Qaraqoyunlu kənd tam orta məktəbinin bu ilki məzunlarının uğurlarından danışaraq məktəblərinin təmirə ehtiyacı olması, Qəmbər Süleymanov pay torpağının məcburi köçkünlər tərəfindən zəbt olunması, şəhid anası Əsli Məmmədova evinin təmiri ilə, Aşağı Qapanlı kəndinin sakini Əlövsət Əliyev kəndlərinə qaz çəkilməsi, Cavanşir Əliyev və Rəsmiyyə Babayeva su ilə, qəzalı vəziyyətdə olan işıq dirəyinin yenisi ilə əvəz olunması ilə bağlı müraciət etdilər.

Qəbulda iştirak edən kənd ağsaqqalları israfçılığa yol verməmək üçün ehsan süfrələrində çay, xurma və halva verilməsi təklifini də irəli sürdülər. Təklif hər kəs tərəfindən razılıqla qarşılandı.

Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verildi.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, bu istiqamətdə görülən işlərdən danışdı, bildirdi ki, görülən işlər bundan sonra da davam etdiriləcək.

Sakinlər əhalinin problemlərinin həlli məqsədi ilə yerlərdə keçirilən səyyar-qəbul görüşlərdən razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirdilər.