Qurtuluş günü ərəfəsində cəbhə bölgəsi olan Tərtər rayonunda Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı İlə qazılmış 15 ədəd subartezian quyusu kənd əməkçilərinin istifadəsinə verilib. Qurtuluş günü ərəfəsində cəbhə bölgəsi olan Tərtər rayonunda Respublika Prezidenti cənab İlham Əliyevin Sərəncamı İlə qazılmış 15 ədəd subartezian quyusu kənd əməkçilərinin istifadəsinə verilib.
Bu münasibətlə İlxıçılar kəndində keçirilən tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, inzibati ərazi dairəsi üzrə nümayəndələr, bələdiyyə sədrləri, aidiyyəti idarə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər.
Tədbirdə çıxış edən Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov bildirdi ki, cəbhə bölgəsində yerləşən rayonumuzda əkin sahələrinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün müntəzəm olaraq yeni subartezian quyuları istifadəyə verilir. Son iki ildə rayon üzrə 31 ədəd subartezian quyusu istifadəyə verilib. Bu gün isə bayram ərəfəsində möhtərəm prezidentimizin müvafiq sərəncamı ilə Sarıcalı kəndində 2 ədəd, Kəngərli, Xoruzlu, Kəbirli, Mamırlı, Köçərli, Azad Qaraqoyunlu, İlxıçılar, Qapanlı, Qaraağacı, Əskipara, Seydimli, Qaynaq, Qazyan kəndlərində hər birində 1 ədəd olmaqla, ümumilikdə 15 ədəd subartezian quyusu qazılaraq sakinlərin istifadəsinə verilir. Bu subartezian quyuları vasitəsi ilə 700 hektar əkin sahəsi suvarılacaq. Vaxtında suvarma, düzgün aqrotexniki qulluq isə bol məhsul deməkdir. Məhsul bolluğu isə əhalinin maddi rifah halının yaxşılaşdırılması və yaxşı yaşaması deməkdir.
Tədbirdə iştirak edən Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Aslanov ölkədə əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması istiqamətində görülən işlərdən və aqrar sahədə əldə olunan uğurlardan geniş və ətraflı məlumat verib.
Sonra kənd sakinləri Ziyəddin Hüseynov, Namiq Rəcəbov və digərləri çıxış edərək onlara göstərilən diqqət və qayğıdan razılıq etdilər, tərtərlilərin respublika prezidentinin ətrafında sıx birləşdiklərini, onu dəstəklədiklərini, kənd əməkçilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə tərtərlilərin minnətdarlığını bildiriblər.