Tərtər rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə kəndlərdə rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir. Növbəti səyyar qəbul-görüş Hacıqərvənd kəndində keçirilib.
Tərtər rayonunda əhalinin problemlərinin yerində həlli məqsədilə kəndlərdə rayon icra hakimiyyəti başçısının mütəmadi olaraq səyyar qəbul-görüşləri keçirilir. Növbəti səyyar qəbul-görüş Hacıqərvənd kəndində keçirilib.
Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının, səhiyyə, təhsil, mədəniyyət, digər xidmət təşkilatlarının rəhbərləri, ərazi icra nümayəndələri, bələdiyyə sədrləri və kənd sakinləri iştirak edib.
Əvvəlcə Hacıqərvənd kənd İƏD üzrə nümayəndə Vəli Əliyev kəndin əhalisi, onların məşğuliyyəti və sosial-iqtisadi inkişafla bağlı görülən işlər barədə məlumat vermiş, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmışdır.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Sakinlərdən Nurəddin Kərimov, Səkinə Ələsgərova, Əli Əliyev, Dilarə Mirzəyeva, Yusif Babayev və digərləri rayonda geniş vüsət alan abadlıq-quruculuq işlərindən, kəndlərin fasiləsiz elektirik enerjisi ilə təmin olunmasından, kəndlərinə qazın verilməsindən, kənd sakinlərinin rahat yaşaması üçün lazım olan hər bir şəraitin yaradılmasından razılıqlarını bildirmiş, suvarma suyu üçün əlavə subartezian quyularının qazılmasına, Hacıqərvənd kənd tam orta məktəbinin əsaslı təmir olunmasına, kitabxana üçün yeni binanın tikilməsinə ehtiyac olduğunu bildirmişlər.
Qaldırılan məsələlər barədə qəbulda əlaqədar qurumlara tapşırıqlar verilmiş, şəxsi problemlərlə müraciət edən vətəndaşların müraciətləri qanun çərçivəsində yerindəcə həll olunub.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərtərin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, infrastrukturun yaxşılaşdırılması üçün görülən işlərdən danışmış, bildirmişdir ki, görülən işlər bundan sonra da davam etdiriləcək.
Kənd sakinləri əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə öz minnətdarlıqlarını bildirib.