Tərtərdə qayınata gəlinini qətlə yetirdi

Tərtərdə qayınata gəlinini qətlə yetirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtərin Poladlı kəndində 1990-cı il təvəllüdlü Hafizə Rzayevanı qətlə yetirməkdə şübhəli bilinən 1957-ci il təvəllüdlü Şəhriyar Hüseynov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Tribunainfo.az-ın xəbərinə görə, faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

***

11.24

Tərtərdə qətl hadisəsi baş verib.

Hadisə rayonun Poladlı kəndində qeydə alınıb. İlkin məlumata görə, kənd sakini gəlinini qətlə yetirib.

Faktla bağlı araşdırma aparılır.

APA-nın əldə etdiyi məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib. Hadisəni törədən şəxsin kənd sakini Şəhriyar Hüseynov olduğu bildirilir. Onun gəlini Hafizə Rzayevanı qətlə yetirdiyi bildirilir.