Ötən gün Səhiyyə Nazirliyinin və Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə dəstək olmaq məqsədilə rayon mərkəzi xəstəxanasında qanvermə aksiyası keçirilib.

Aksiyada rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, gənclər könüllü olaraq iştirak ediblər.
Könüllü qanvermə aksiyasında 200-ə yaxın insan qan verib.
B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları tərəfindən toplanan qan ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq.