Pambıq yığımı ilə əlaqədar rayon Gənclər Mərkəzində pambıqçıların müşavirəsi keçirildi.
Pambıq yığımı ilə əlaqədar rayon Gənclər Mərkəzində pambıqçıların müşavirəsi keçirildi.
Tədbirdəaidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, pambıq qəbulu məntəqələrininəməkdaşlarının, pambıq istehsalçılarının, fermerlərin, keçmiş qabaqcılbirqadirlərin, sürücü mexanizatorların, kənd inzibati ərazi dairəsi üzrənümayəndələri və bələdiyyə sədrləri iştirak etdilər.
TİA.AZ xəbər verir ki,Tərtər Rayon İcra Hakimiyyətinin Başçısı Müstəqim Məmmədov pambıqçılığın inkişafınadair ölkə rəhbərinin respublikamız üçün çox mühüm olan pambıqçılığıninkişafını prioritet məsələ kimi qarşıya qoyduğunu, pambıqçılıqla bağlı çoxdəyərli göstərişlər verdiyini bildirdi. Rayon rəhbəri kənd təsərrüfatınınəsas sahəsi kimi pambıq əkiləcək sahələrin artırılması, genişləndirilməsi və busahədə keçmiş ənənələrin bərpa olunmasını diqqətə çatdırdı. Müşavirədəpambıqçılığın bərpası işinin sürətlə getməsi və bu sahədə keçmiş ənənələrinbərpa olunmasını, həm insanlar, həm də dövlət üçün böyük gəlir gətirəcəyisöylənildi.
Qeydolundu ki, Tərtər torpağı çox məsuldar və bərəkətlidir. Həm torpağınxüsusiyyətləri, həm də rayonumuzun iqlim şəraiti pambıq əkini üçünəlverişlidir. Sovet dönəmində rayonda 11 min hektara yaxın pambıqəkilmiş, 43 min tondan artıq məhsul götürülmüşdür.
Respublikaprezidenti cənab İlham Əliyev tərəfindən pamblqçılığın inkişafına veriləndəstək tərtərli pambıqçılarda da böyük ruh yüksəkliyi yaratmış, bu il onlar3123 hektar sahədə pambıq əkmişlər ki, bu da ötən illə müqayisədə 2000 hektarartıqdır. Becərmə işəri vaxtı-vaxtında həyata keçirilmiş, tarlalarda bol məhsulyetişdirilmişdir. Yığılan məhsul “MKT İstehsal Kommersiya” MMC-nin QarabağRegional filialının Tərtər məntəqəsinə və “CTS Aqro” MMC-nin Tətər pambıqtədarükü məntəqəsinə təhfil verilir.
Qeydolundu ki, indi qarşımızda bir məqsəd var: tarlalarda zəhmətlə becərilmişməhsulu vaxtında və itkisiz toplamaq. Bunun üçün bütün gücümüzdən maksimumistifadə olunmalıdır.
Sonrarayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov pambıq tarlalarında oldu,kənd əməkçiləri ilə görüşüb öz tövsiyyələrini verdi və onun xeyir-duası iləpambıqyığan maşınlar işə düşdü.
“Ağqızılın” toplanması üçün pambıqyığan maşınlar Azad Qaraqoyunlu, Evoğlu vəHüsənli kəndlərindəki tarlalara çıxdı. Pambıq yığımında ilkin olaraq 7pambıqyığan maşından istifadə olundu.
Bugünədək rayonda 100 ton pambıq tədarük edilib. Tarlalarda məhsul boldur.Texnikanın köməyi ilə kənd əməkçiləri pambığı tez və itkisiz yığaraq təhvilverməyə çalışırlar.