backend

Tərtərdə Həmrəylik Günü və Yeni İl münasibəti ilə tədbir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün YAP rayon təşkilatının yeni inzibati binasında 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə tədbir keçirildi. 

Ötən gün YAP rayon təşkilatının yeni inzibati binasında 31 dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibəti ilə tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin rayon təşkilatı qərargahının foesində qoyulmuş büstü önünə gül dəstələri qoyaraq onun xatirəsini dərin ehtiramla yad etdilər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbir iştirakçılarını əlamətdar bayramlar münasibətilə təbrik edib, ümummilli liderimiz Heydər Əliyevin milli həmrəyliyin möhkəmləndirilməsi sahəsində əvəzsiz xidmətlərindən, 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik Gününün məhz Ulu Öndərin 1991-ci ilin 16 dekabrında hələ Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri işlədiyi dövrdə bayram kimi qeyd olunmasına verdiyi qərardan başlayaraq artıq 25 ildir ki, bu günün bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən fəxrlə qeyd edildiyini vurğuladı.

Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Ramiz Şabanov yenicə istifadəyə verilmiş YAP rayon təşkilatının inzibati binasında ilk dəfə 31 Dekbar–Dünya Azərbaycanlılarının Həmrəylik gününün qeyd olunmasını, həm də rayon təşkilatının qeydiyyatında olan 5903 nəfər YAP üzvləri üçün təbrik mesajı kimi qəbul olunduğunu qeyd etdi.

Tədbirdə rayon Ağsaqqallar Şurasının sədri Qədir Allahverdiyev, şəhər 2 saylı məktəb-liseyin direktoru Gülarə Əkbərova da çıxış edərək 31 Dekabr–Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə tədbir iştirakçılarını bir daha təbrik edib, ümummilli lider Heydər Əliyevin ideyalarının, möhtərəm Prezidentimiz, YAP-ın sədri cənab İlham Əliyevin rəhbərliyi altında ardıcıl olaraq həyata keçirilməsində hər bir YAP üzvünün üzərinə düşən vəzifələrdən danışdılar.