Tərtər rayonunda umumrayon gənclərinin toplantısı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini yad etmiş, abidəsi önünə gül-çoçək dəstələri qoymuş, məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar.
Tərtər rayonunda umumrayon gənclərinin toplantısı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin xatirəsini yad etmiş, abidəsi önünə gül-çoçək dəstələri qoymuş, məktəblilərin əl işlərindən ibarət sərgiyə baxıblar.
Sonra toplantı rayon Mədəniyyət Mərkəzində davam etdirildi.
Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad etmişlər.
Toplantını giriş sözü ilə rayon Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov açaraq gəncləri bayram münasibəti ilə təbrik edib.
Məruzəsində bildirmişdir ki, müstəqil Azərbaycanın gənclər siyasəti Umummilli liderin adı ilə bağlıdır. Məhz I Gənclər Forumundan sonra 1997-ci ildə imzalanan Sərəncamla fevralın 2-si Gənclər Günü elan edildi. Məruzəçi Ulu Öndərin əsasını qoyduğu gənclər siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, gənclər siyasəti çərçivəsində müxtəlif dövrləri əhatə edən dövlət proqramlarının həyata keçirilməsi, “2015-2025-ci illərdə Azərbaycan Gənclərinin İnkişaf Strategiyası”ndan irəli gələn vəzifələrin yerinə yetirilməsi, ölkəmizdə gənclərin hərtərəfli inkişafı, təhsili, ictimai-faydalı əməklə məşğulluğu, onların istirahəti üçün yüksək şərait yaradılması sayəsində Azərbaycan gəncliyinin ölkəmizin dinamik inkişafına əhəmiyyətli töhvələr verdiyini qeyd etdi. Rayon gənclərinin qazandığı uğurları dilə gətirdi. Bildirdi ki, Tərtər rayonunun gəncləri dövlət başçısının gənclərə göstərdiyi diqqət və qayğısına öz əməli işləri ilə cavab verirlər.
E.Pənahov qeyd etdi ki, bu gün rayon əhalisinin 20 faizə yaxınını gənclər təşkil edir. YAP rayon təşkilatının 5959 üzvünün 1359 nəfəri gənclərdir. Gənclərimiz bütün sahələrdə, istər təhsildə, istər istehsalatda, istərsə də siyasətdə öz sözlərini deməyi bacarırlar.
2016-cı ildə rayon Gənclər və İdman idarəsi tərəfindən gənclər sahəsi üzrə 42, idman sahəsi üzrə 38 tədbir keçirilmişdir ki, bu tədbirlərdə də 8438 nəfər iştirak etmişdir.
Tarixi günlər və bayramlarla əlaqədar gənclərin toplantılarını təşkil edilir, “dəyirmi masa” lar keçirilir, gənclərin arzu və təkliflərini öyrənilir.
Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin gücləndirilməsi, milli qəhrəmanlarımızın vətən uğrunda göstərdiyi sücaətin gənc nəslə çatdırılması, gənclərin hərbi vətənpərvərlik hisslərinin yüksəldilməsi məqsədi ilə silsilə tədbirlər, zona birincilikləri keçirilmişdir.
Dövlət gənclər siyasətinin əsas istiqamətlərindən biri olan gənclərin məşğulluğunun təmin olunması məqsədi ilə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası ilə birlikdə Gənclər Mərkəzində rayonun gənclərinə dövlət qulluğunun mahiyyəti və üstünlükləri, dövlət qulluğuna qəbulun şərtləri ilə tanış etmək, ali təhsilli gəncləri dövlət qulluğuna cəlb etmək məqsədi ilə rayon gəncləri üçün maarifləndirici xarakter daşıyan görüş keçirilmişdir.
Rayonumuzun “Şahinlər” komandası respublika birinciliyində üçüncü yeri tutmuşdur.
İdmançılarımızdan bir nəfər Avropada, bir nəfər Gürcüstanda keçirilən Olimpiyadada ikinci yeri, bir nəfər Rusiya Federasiyasında keçirilən yarışlarda birinci yeri, 16 nəfər isə ölkədaxili yarışlarda 1, 2, 3-cü yerləri paylaşmışlar.
Bu yaxınlarda rayonun daxili imkanları hesabına yeni Uşaq-Gənclər Şahmat Məktəbi tikilərək gənclərimizin istifadəsinə verilmişdir. Məktəbin açılışında möhtərəm Prezdentimiz cənab İlham Əliyevin iştirak etməsi, rayon ictimaiyyəti ilə görüşdə Tərtər rayonu haqqında xöş sözlər deməsi, rayonda gedən tikinti abadlıq işlərini yüksək qiymətləndirməsi rayon gənclərinə daha yüksək əhval-ruhiyyə bəxş etdi.
Sonra məruzə ətrafında Umudlu kənd tam orta məktəbinin müəllimi Ləman Heydərli, polis şöbəsinin ictimai təhlükəsizlik şöbəsinin polis sahə rəisi Babək Hüseynzadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzinin əməkdaşı Anar Rüstəmov, rayon mərkəzi xəstəxanasının stamotoloqu Aslan Aslanov, N saylı hərbi hissəinin baş giziri Vahid Əliyev çıxış edərək, öz ürək sözlərini bildirdilər. Qeyd olundu ki, respublikamızda olduğu kimi rayonumuzda da gənclərə lazımi diqqət və qayğı göstərilir.Gənclər dövlət qulluğuna irəli çəkilir, onların təşəbbüskarlığı, savadı nəzərə alınır.
Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov gəncləri əlamətdar gün münasibətilə təbrik etdi.
Gənclər Gününün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda ümummilli lider Heydər Əliyevin imzaladığı Sərəncama əsasən hər il təntənə ilə qeyd olunduğunu vurğulayan rayon rəhbəri ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından danışdı.
Bildirdi ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib, onların özlərini cəmiyyətdə təsdiq etmələrində mühüm rol oynayıb.
Rayonda həyata keçirilən gənclər siyasəti və gənclərin sosial vəziyyəti məsələsinə də toxunan icra başçısı bildirdi ki, bu gün rayonun və ölkənin ictimai-siyasi həyatında rayon gənclərinin göstərdiyi fəallıq onların hazırkı səviyyəsinin kifayət qədər yüksək olduğunu söyləməyə əsas verir.
Toplantıda rayonun ictimai-siyasi həyatında fəallıq göstərən gənclərin bir qrupuna rayon icra hakimiyyəti, YAP rayon təşkilatı və Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlar və qiymətli hədiyyələr verildi.
Tədbir konsert proqramı ilə davam etdirildi.