Tərtərdə dövlət qulluqçuları peşə bayramlarını qeyd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

23 iyun-Dövlət Qulluqçularının Peşə bayramı münasibəti ilə Tərtər rayonunda tədbir keçirilib.  23 iyun-Dövlət Qulluqçularının Peşə bayramı münasibəti ilə Tərtər rayonunda tədbir keçirilib. 

Əvvəlcə rayonun dövlət qulluqçuları Ulu Öndərin abidəsi önünə gül-çiçək dəstələri qoymuş, onun xatirəsini ehtiramla yad ediblər.

Sonra tədbir rayon Gənclər Mərkəzində davam etdirilib.

Tədbirdə rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov dövlət qulluqçularını bayram münasibəti ilə təbrik etmiş, onlara dövlətə və dövlətçiliyimizə sadiq olmağı tövsiyə etmişdir. Bildirmişdir ki, 23 iyun Dövlət Qulluqçularının peçə bayramı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli sərəncamı ilə təsis edilib. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolunu və BMT Baş Assambleyası tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu günü elan edilməsini nəzərə alaraq bu tarixin Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü elan edilməsi qərara alınıb. Müstəqil respublikamızın hər yerində olduğu kimi neçə illərdir ki, rayonumuzda da Dövlət Qulluqçularının Peşə Bayramı təntənə ilə qeyd olunur. Bu əlamətdar tarix Dövlət qulluqçularının, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi həyatındakı müstəsna roluna verilən ən yüksək qiymət olmaqla, məmurları dövlət quruculuğu prosesində daim fəal, əzmkar olmağa sövq edir.
 

Rayon rəhbəri bildirmişdir ki, rayonumuzun ayrı-ayrı müəssisələrində 262 nəfər dövlət qulluqçusu işləyir. Onlardan 34 nəfəri qadındır. 230 nəfərin dövlət qulluqçusu ixtisas dərəcəsi vardır. 220 nəfər inzibati, 28 nəfər isə yardımçı dövlət qulluğu vəzifələrində çalışır.

Sonra icra başçısı 23 iyun Dövlət Qulluqçularının Peşə Bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidentinin Sərancamı ilə rayon icra hakimiyyəti başçısının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi İlqar Musayevin “Tərəqqi” medalı ilə təltif olunduğunu qeyd edərək onu təbrik edib.

Yenicə “Tərəqqi” medalı ilə təltif olunmuş İlqar Musayev, Həsənqaya kənd İƏD üzrə nümayəndə İlqar Qasımov, Statistika İdarəsinin rəisi Ədalət Məmmədov, Məşğulluq Mərkəzinin direktoru Azər Ağayev çıxış edərək bütün dövlət qulluqçularını təbrik etmiş, möhtərəm Prezidentimizə dövlət qulluqçularına göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib.

Sonra rayon rəhbəri tərəfindən rayonun ictimai-siyasi, sosial-iqtisadi həyatında fərqlənən bir qrup dövlət qulluqçusuna Fəxri Fərman və qiymətli hədiyyələr, Qarabağ Regional Bilik Evi tərəfindən isə kitablar təqdim olunub.

Tədbiri rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov yekunlaşdırıb.