Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin 27 noyabr 2014-cü ildə imzaladığı Sərancama əsasən, dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara ayrılmış maliyyə yardımı almış Tərtər şəhər “Cümə” məscidi dini icması Heydər Əliyev Mərkəzində “Dini ekstremizm və radikalizmin cəmiyyət üçün təhlükələri” adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirib.

Tədbirdə Tərtər Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov, Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov, səhiyyə işçiləri, icma üzvləri və dindarlar iştirak ediblər.
Tərtər RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Elvin Umudov mövzu ətrafında geniş çıxış edərək bu tipli tədbirlərin əhəmiyyətini vurğulayıb. DQİDK-nın Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Pərviz Eyvazov isə radikal dini cərəyanlar, onların təbliğat metodları, fəaliyyətləri və radikal dini cərəyanlara qarşı mübarizə üsullarından bəhs edib.
Sonda çıxış edən Tərtər şəhər “Cümə” məscidi dini icmasının sədri və axundu Sadiq Cəfərov və Tərtər rayon Mərkəzi Xəstəxanasının həkimi Aslan Aslanlı tədbirin mövzusunun aktuallığını vurğulayaraq dini ekstremizm və radikalizmin bəşəriyyət üçün böyük təhlükə olduğunu diqqətə çatdırıblar.