backend

Tərtərdə daha bir kəndə qaz çəkildi – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtər rayonunun təbii qazla təmin olunan kəndləri sırasına Seydimli kəndi də qatılıb.  
Tərtər rayonunun təbii qazla təmin olunan kəndləri sırasına Seydimli kəndi də qatılıb. 

Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev, “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.

İcra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda gedən sosial-iqtisadi inkişafdan, həyata keçirilən layihələrdən danışıb. Qeyd edib ki, Tərtər rayonunun 51 yaşayış məntəqəsindən 43-ü təbii qazla təmin olunub. Hazırda rayonda qazla təmin olunmayan cəmi 465 potensial abonent qalıb. Onlara da qaz veriləndən sonra Tərtərin `mavi yanacaq`la təmiantı 100 faiz həllini tapacaq. Bu istiqamətdə işlər davam etdirilir.

Tədbirdə Milli Məclisin deputatı Sahib Alıyev, Tərtər Regional Qaz İstismar İdarəsinin rəisi Qurban Mehdiyev çıxış edərək kənd sakinlərini əlamətdar gün münasibətilə təbrik edib, dövlətimiz tərəfindən regionların inkişafına göstərilən diqqət və qayğıdan danışıblar.