backend

Tərtərdə “Batalyon” sənədli filminin təqdimatı oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tərtər Rayon Mədəniyyət Mərkəzində “Yaddaş” studiyasının Tərtər özünümüdafiə batalyonunun keçdiyi döyüş yolundan bəhs edən “Batalyon” sənədli filminin təqdimatı oldu.  

Tərtər Rayon Mədəniyyət Mərkəzində “Yaddaş” studiyasının Tərtər özünümüdafiə batalyonunun keçdiyi döyüş yolundan bəhs edən “Batalyon” sənədli filminin təqdimatı oldu. 

Tədbirə filmin yaradıcı heyəti, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının nümayəndələri, Qarabağ müharibəsi veteranları, əlillər, şəhid ailələri, rayon Ağsaqqallar şurasının üzvləri və ictimaiyyət nümayəndələri qatılmışlar. Öncə onlar Ulu Öndərin xatirəsini yad edərək abidəsi önünə gül-çiçək dəstələri qoymuşlar. Sonra tədbir rayon Mədəniyyət mərkəzində davam etdirilmişdir. Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbiri giriş sözü ilə respublika Mədəniyyət Nazirliyinin əməkdaşı Almaz Sultanzadə açaraq iştirakçıları salamlamış və hər kəsi Tərtərin qəhrəmanlıq tarixini yazan özünümüdafiə batalyonunun şücaətindən bəhs edən filmə baxmağa dəvət etmişdir. Təqdimatdan sonra filmin rejissoru Nizami Abbas öz ürək sözlərini bildirərək, filmin çəkilişində onlara dəstək olmuş Tərtər batalyonunun veteranlarına  öz təşəkkürünü bildirmişdir. Sonra Tərtər özünümüdafiə batalyonunun keçmiş qərargah rəisi Pənah Məmmədov veteranlar adından çıxış etmişdir. O Tərtər batalyonunun qazandığı döyüş uğurlarından danışaraq, şəhid olmuş silahdaşlarının döyüşdə göstərdikləri qəhrəmanlıqları dilə gətirmişdir və filmin yaradıcı heyətinə Tərtər batalyonu veteranları adından öz minnətdarlığını bildirmişdir.

 

Sonda rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov Tərərin və tərtərlilərin sözün həqiqi mənasında qəhrəman olduqlarını bildirmiş, bu gün də tərtərlilərin Tərtər özünümüdafiə batalyonunun ənəənəsinə sadiq qalaraq düşmənə bir qarış da torpaq vermədiklərini bildirmiş, aprel hadisələri tərtərlilərin vətənə necə bağlı olduqlarını bir daha sübut etdiyini qeyd etmişdir. 

Sonra rayon rəhbəri filmin rejissoru Nizami Abbasa xatirə hədiyyəsi, Tərtər özünümüdafiə batalyonunun sabiq qərargah rəisi Pənah Məmmədova isə Qarabağ Müharibəsi Veteranları, Əlilləri və Şəhid Ailələri İctimai Birliyinin təsis etdiyi “Vətən naminə” medalını təqdim etmişdir.

Tədbir “Qəhrəman Tərtərim” mahnısının sədaları altında başa çatmışdır.